Image
Hamısı

Labris Networks 2016 Kiber Təhlükəsizlik Hesabatını və 2017 Proqnozu

Klassik şəbəkə təhdidləri artıq şifrələnmiş və tətbiq trafikinə gizlənmiş təhdidlərə çevrilib.


Labris Networks 2016-cı il üçün Kiber Təhlükəsizlik Hesabatını yayımlayıb. Hesabat, il ərzində Labris Təhlükəsizlik Əməliyyat Mərkəzi (SOC) tərəfindən qarşısı alınan kiber təhdidlərin təhlili əsasında hazırlanıb. Həmçinin 2017-ci ilə dair gözləntilər və tendensiyalar da hesabatda yer alıb.

Tam hesabatı və statistik məlumatları buradan oxuya bilərsiniz: https://labrisnetworks.com/labris-soc-annual-report/

2016-cı ildə kiber hücumlar insanların gündəlik həyatını təhlükə altına almağa çalışdı. Ölkələr kiber hücumları bir-birlərinə təsir və təzyiq vasitəsi kimi istifadə etdilər. Bununla belə, müsbət tərəf odur ki, təhdidlərin səviyyəsi artdıqca, onlara qarşı maarifləndirmə də yalnız ixtisaslaşmış qurumlarla məhdudlaşmır. Dövlət rəhbərlərindən tutmuş, kompüter bilikləri olmayan vətəndaşlara qədər hər kəsin kiber təhlükəsizlik şüuru artıb. Kiber hücumların, gündəlik həyatda baş verən hadisələrin təhlili zamanı təbii bir faktor olduğu qəbul edilib.

“Hücumlar və müdafiə sistemləri gettikcə daha da təkmilləşir”

Süni intellektə sahib olan və tətbiq səviyyəsində analiz edə bilən kiber təhlükəsizlik məhsullarına olan ehtiyac kritik əhəmiyyət kəsb edir. Trafikin sürətinin artması və yoxlama performansına olan ehtiyacın yüksəlməsi səbəbindən fərqli şəbəkə səviyyələrində fərqli tapşırıqların yerinə yetirilməsi vacibdir.

L7 səviyyəsində (Application Layer) həyata keçirilən hücumlar ümumi DDoS hücumlarının  69%-ni təşkil edir. Bu fakt süni intellektə sahib olan və şəbəkənin girişində yerləşdirilən L7 DDoS yoxlama məhsullarının (CPE) əsas müdafiə xətti halına gəldiyini sübut edir.

“Etibarlı mütəxəssislər tərəfindən təqdim edilən xidmətlərin əhəmiyyəti artır”

Kiber təhlükəsizlik bazarında Təhlükəsizlik Əməliyyat Mərkəzləri (SOC) və Kompüter Fövqəladə Hallara Cavab Komandaları (CERT) kimi xidmətlərin rəqabət şəraitində təqdim edilməsi olduqca vacibdir.

Şəbəkə təhlükəsizliyində öndə olmaq üçün təhlükəsizlik təbəqələri etibarlı tərəfdaşlarla inkişaf etdirilməlidir. İstifadəçilərin kiber təhlükəsizlik məlumatlılığı artırılmalıdır. Şirkətlər və təşkilatlar yerli kiber təhlükəsizlik mərkəzləri ilə dəstəklənməlidir.

Labris Networks tərəfindən hazırlanan bu ətraflı hesabat, bütün özəl, dövlət və hərbi qurumların mövcud risklərə qarşı məlumatlılığını artırmağı hədəfləyir. Labris Networks vurğulayır ki, təhlükəsizlik tədbirləri yalnız məhsulla təmin edilə bilməz. Bu, məhsul, xidmət və biliklərin birləşdirildiyi bir sistem olmalıdır.

Tam hesabatı və infoqrafikaları buradan oxuya bilərsiniz:

https://labrisnetworks.com/labris-soc-annual-report/

Image
RECENT Hamısı