
İstanbul Garanti Koza Dünya İdman Arenası dünyanın ən nüfuzlu idman təşkilatlarından biri olan ATP 250 World Tour-a ev sahibliyi edir. 27 Aprel – 3 May tarixləri arasında keçiriləcək bu tədbirdə, Roger Federer və Grigor Dimitrov kimi dünyaca məşhur idmançılar tennissevərlərlə görüşəcək. Böyük maraqla gözlənilən bu turnirdə milli tennisçimiz Marsel İlhan da ay-ulduzlu forması ilə korta çıxacaq.
Tennissevərlər yenidən Labris Networks-ün Yaxın Qoruması Altındadır
TEB BNP Paribas Istanbul Open tennis turnirinin şəbəkə təhlükəsizliyi Labris Networks tərəfindən təmin olunur. Stadionda quraşdırılan 2 ədəd Labris UTM155 cihazı vasitəsilə 4000-dən çox insan yüksək performanslı və təhlükəsiz internet xidmətindən istifadə edə biləcək. Zolaq keyfiyyətinin idarə olunması, Labris WAUTH+ ilə hotspot autentifikasiyası, 5651 saylı qanuna uyğun log yazılması və yüksək mövcudluq – Labris Networks tərəfindən təqdim edilən digər eksklüziv xidmətlər arasındadır.
Labris Networks-ün baş direktor müavini Baran Erdoğan bildirib: “Labris Networks Türkiyədə dünya səviyyəli texnologiyanın istehsal olunduğunu sübut edərək milli vizyonunu həyata keçirir. Bu baxımdan, Türkiyənin beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi qürurverici bir haldır. Sponsorluğunu etdiyimiz bu həyəcanverici tədbirə dəyər qatmaqdan məmnunuq.”
Labris Networks-un yüksək performanslı və təhlükəsiz internet xidməti ötən il qadınlara yönəlik dünyanın ən böyük peşəkar idman tədbiri kimi tanınan TEB BNP Paribas Istanbul Cup turnirində də tennissevərlərlə görüşmüşdü.
Ətraflı məlumat üçün www.kozawos.com və istanbulopen.org saytlarını ziyarət edə bilərsiniz.
